Şou-Biznes

Küçəyə çılpaq çıxan müğənni psixatrik xəstəxanaya düşdü

Sharing is caring!

Amerikalı aktrisa, müğənni və modelyer Amanda Bayns Los-Anceles küçələrində çılpaq görünəndən sonra psixiatrik xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə şahidləri deyirlər ki, bipolyar pozğunluqdan əziyyət çəkən məşhur heç bir paltarı olmadan maşını saxlayıb və sürücüyə psixi pozuntusu olduğunu deyib.

Bundan sonra 36 yaşlı aktrisanın özü telefonla 911-ə zəng edib, o, polis bölməsinə aparılıb. Psixi sağlamlıq mütəxəssisi aktrisanın xəstəxanaya yerləşdirilməli olduğunu müəyyən edib. İndi o, xəstəxanadadır.

Keçmiş nişanlısı Pol Mayklın dediyinə görə, hadisə ərəfəsində o, dərmanlardan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir