Şou-Biznes

“Barışmayacağam, heç birini görmək istəmirəm” – Yaşar Cəlilov

Sharing is caring!

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur. Bu bayram axşamında kimisi papaq atacaq, kimisi tonqaldan atlanacaq, kimisi də küsülü olduqları kəslərlə barışacaq.

Bəs digər şou-biznes nümayəndələrindən başqa, müğənni Yaşar Cəlilov küsülü olduğu həmkarları ilə barışacaqmı?

O, Lent.az-a açıqlamasında papaq atmayacağını, küsülü olduğu insanlarla barışmayacağını bildirib:

"Bu gün yaxın dostumun toyunda iştirak edəcəyəm, tonqal qalamayacağam. Ətrafımda tonqal qalamaq istəyən adam da yoxdur ki, biz də üstündən atlanaq. Bayram axşamını isə ailəmlə, yaxınlarımla keçirəcəyəm. Uzun illərdir papaq atmıram. Ancaq qapımıza atılan papaqları boş qaytarmayacağıq. 

Şou-biznesdə və ətrafımda küsülü olduğum şəxslər çoxdur. Heç biri ilə barışmağı düşünmürəm. Barışmayacağam. Heç birini həyatımda görmək istəmirəm. Barışmaq niyyətində olanlar da əziyyət çəkməsinlər. Belə hava mənə xoşdur. Hər kəsin bayramını təbrik edirəm".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir