Şou-Biznes

Toydan əvvəl Aslıya böyük şok – ‘Vida Məktubunda’!

Sharing is caring!

Baş rollarında Nurgül Yeşilçay, Selim Bayraktar, Rabia Soytürk, Emre Kıvılcım və Bennu Yıldırımların yer aldığı “Veda mektubu” serialı üçüncü bölümüylə tamaşaçılara həyəcanlı dəqiqələr yaşatdı.

Lent.az-ın xəbərinə görə, həftənin bazar ertəsi günləri yayımlanan serialın rejissoru Deniz Çelebi Dikilitaşdır. 

Üçüncü seriyada nələr oldu?

Səhər evlənmə planlarını işə salınca Mehmet bir məktub yazıb evini tərk edən Aslının əlindən tutub ata evinə aparır. Bununla da Ziya ailəsində həyəcan və çaxnaşma başlayr.

Alanur qızını geri almaq üçün getsə də, Aslı anasına qarşı çıxır. Gəlinliyini geyib nikah saatının gəlməsini gözləyən Aslı qapını döyən dəvətsiz  qonağın gəlişindən şok olur. Gələn qonaq kim idi? Bu suala cavabı növbəti seriyada alacaqsınız.

Ailədaxili intriqaların hansı yöndə cərəyan edəcəyini bilmək istəyirsinizsə hər həftənin bazar ertəsi günü Kanal D-ni izləyin.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir