Şou-Biznes

“Kalp yarası” nın ulduzu peşmançılığını dilə gətirdi – FOTO

Sharing is caring!

Son dönəmlər populyar simaya çevrilən aktrisa Nilsu Berfin Aktaş maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, o, aktrisalığın çətinlikləri barəsində danışıb:

"Gözəl bir duyğudur. Mühakimə edən gözlər həmişə üzərimdə olur. Niyə mühakimə olunduğumu da bilmirəm. Populyar olmaq üçün xüsusi bir şey etməyimə gərək yoxdur. Bir az səssiz qalmaq bəs edir. Qəribə bir hava yaranır və mənə havalı deyirlər. Məncə, populyar insanların işi çətindir, adi insan olmaq daha yaxşıdır".

24 yaşlı aktrisa "Kino çətin bir sahədir. Çox qayda-qanunu var. Amma bunlara sevgi ilə tabe oluram. Əlimdə olsa idi, aktrisalığa daha tez başlayardım. Ancaq əvvəllər bu işə sahib ola bilmək üçün çox çalışmışam. Yatmadım, çalışdım, stressə girdim. Hamısı çox gözəl idi", – deyə, müsahibəsinə əlavə edib.

Qeyd edək ki, Nilsu Berfin Aktaş "Kalp yarası", "Gelsin hayat bildiği gibi" və s. kimi seriallara çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir