Şou-Biznes

Hadisə Hollanda radiosundan ÇAĞIRIŞ ETDİ

Sharing is caring!

Türkiyəli məşhur müğənni Hadisə Hollandiya radiosunda yayımlanan verilişin qonağı olub. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Hadisə Hollandiya radiosundan Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkən insanlar üçün ianə toplayıb.

Məşhur müğənni burada zəlzələdən zərərçəkənlər üçün yardımlar yığıldığını bildirib:

“Hazırda Hollandiyada radio stansiyasındayam. Zəlzələdən zərərçəkənlərə yardımlar yığılır… Gərgin gündür… Ağrımız böyükdür… Bəli, çox ağır günlər keçirik, amma gördüyünüz kimi, bir araya gələndə hər şeyə nail oluruq. Burada olmaq mənim üçün vacibdir… Çünki mən qürbətçi bir ailənin övladıyam. Bizimlə buradakı insanlar arasında körpü olmaq mənim üçün çox önəmlidir… İstanbula daha sonra qayıdacağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir