Şou-Biznes

Həbs olunan Təranə Səmədovanın uşaqları HARADADIR?

Sharing is caring!

Xəbər verdiyimiz kimi, ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladları sığınacağa yerləşdirilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, uşaqlar hazırda uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindədir. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqların psixoloji durumu barədə Lent.az-a danışıb:

“Hazırda uşaqlar bizim sığınacaqdadır. Biz onların sənədləşmə işlərinə başlamışıq. Anaları barədə heç bir məlumat verə bilmərəm. Çünki uşaqlar mənə əmanət olunub. Dünən hüquq-mühafizə orqanları əməkdaşları, dövlət nümayəndələri, Xətai İcra Hakimiyyətinin rəsmiləri bura dəvət olunmuşdu. Onların iştirakı ilə aktlaşma olundu və Rəqsanə İsmayılovadan uşaqları təhvil aldıq. 

Sağlamlıqları ilə bağlı tam məlumat verə bilmərəm. Çünki uşaqlar bu gün tam tibbi müayinədən keçəcəklər. Böyük qız 13 yaşında olduğuna görə müəyyən psixoloji problemləri var. Onun reabilitasiyasına başlayacağıq. Yaşadıqları hadisələr heç də uşaqların qaldıra biləcəkləri yük deyil. Amma ilk gecəni atladıblar. Şükürlər olsun. müğənni Rəqsanəyə də təşəkkür edirəm ki, bir neçə gün uşaqların yanında olub”.

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

Qeyd edək ki, prodüser Təranə Səmədovanın övladlarının sığınacağa yerləşdirilməsini Rəqsanə İsmayılova "TikTok" hesabındakı canlı yayımında açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir