Şou-Biznes

Tanınmış prodüserə daha bir zorlama İTTİHAMI – FOTO

Sharing is caring!

Tanınmış kino prodüseri Harvi Vaynşteynə qarşı təcavüzlə bağlı yeni iddialar  yayılıb.

Lent.az "Daily Mail" saytına istinadla xəbər verir ki, aktrisa Lisa Pekar 2001-ci ildə rejissorun onu mehmanxana otağında oral seksə məcbur etdiyini iddia edib.

Qadın bildirib ki, prodüser ona sponsorluq etmək üçün onunla görüşməyə çağırıb. Aktrisa dəhşət içində hadisəni nəql edərkən söyləyib ki, o, Vaynşteynin qarşısında soyunub və kişi cinsi orqanını onun üzünə “soxmağa” başlayanda Lisa bunu etməməsi üçün yalvarıb.

Hadisədən sonra aktrisa 2003-cü ildə “Yuxarıdan baxış daha yaxşıdır” filmində çəkilib. Lisaya daha böyük rol vəd edilməyinə baxmayaraq, aktrisa filmdə yalnız bir sətir səsləndirib. Vaynşteyn isə aktrisanı hədələyərək, baş verənləri danışmamağa məcbur edib. 

L. Pekar deyib ki, bu, karyerasının sonu olub.

Harvi Vaynşteynin vəkilləri aktrisanın səsləndirdiyi iddiaları təkzib edib və buna görə məhkəmə vasitəsilə araşdırma başlatmağa hazır olduqlarını deyiblər.

Xatırladaq ki, bundan öncə Los-Anceles Məhkəməsi Harvi Vaynşteyni zorlama və digər üç seksual cinayətdə günahkar hesab edir. Hazırda o, zorlama və təcavüzə görə 23 illik həbs cəzası çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir