Şou-Biznes

Culiya Robertsin nəsil-kökü ÜZƏ ÇIXDI

Sharing is caring!

Məşhur aktrisa Culiya Roberts müzakirələrə səbəb olacaq açıqlama verib.

Lent.az xəbər verir ki, o, həkim Henri Lui Qeytsin köməyi ilə DNT arxivləri və şəcərə işləri vasitəsilə öz nəsil ağacı haqqında öyrənmək üçün “kökləri tapmaq” layihəsində iştirak edib.

Məlum olub ki, məşhurun ​​ulu nənəsi Rhoda Suttle Roberts evli kişi ilə münasibətdə olub və ondan aktrisanın ulu babası Conu dünyaya gətirib. Onun qanuni əri Villi isə 1880-ci illərdə oğlanın doğulmasından on il əvvəl vəfat edib. 

Aktrisa bildirib: "Deməli, biz Mitçellərik? Beynim həqiqətən partlayır. Bu, inanılmazdır. Digər tərəfdən, mən sakitləşəndə ​hələ də ailəmin mənim ailəm olduğu bilirəm. Ancaq Roberts adına üstünlük verirəm",.

Bundan başqa, layihənin mütəxəssisləri Culiya Robertsin əsl ulu babasının Sara adlı qadınla evli olduğunu və altı övladı olduğunu müəyyən ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir