Şou-Biznes

Rəşad Dağlının oğluna qarşı DƏLƏDUZLUQ: “Atamın bu vəziyyətindən…” – FOTO

Sharing is caring!

Qonşusunu öldürməkdə təqsirli bilinən və hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) oğlundan xəbər var.

Lent.az xəbər verir ki, Yusif Əmirovun adından həm "TikTok"da, həm də "Instagram"da xeyli səhifə açaraq dələduzluq edilib. 

Yusif həmin saxta səhifələri paylaşaraq "Əziz izləyicilərim, instaqram səhifəmdən başqa hesabım yoxdur. Atamın bu vəziyyətindən istifadə edənlərə ar olsun. Harada görsəniz, adımdan səhifə açılıb, şikayət edin. Çox xahiş edirik. Şikayət edək ki, insanları aldatmasınlar", – deyə, o yazıb.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı ötən ilin noyabr ayında həmkarı Ələkbər Yasamallının qohumu İskəndər Mehtiyevi öldürməkdə təqsirli bilinərək, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir