Gündəm

“Polisin yiyəsi var, ancaq deputatın yoxdur” – Tahir Kərimli – VİDEO

Sharing is caring!

Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatı nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”.

XəbərAl.az -ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinnin sədr müavini Tahir Kərimli deyib.
“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”, – o vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Siz 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir