Şou-Biznes

Şakira Pike ilə yaşadığı malikanəsini görün neçəyə SATIR?

Sharing is caring!

Kolumbiyalı müğənni Şakira və onun keçmiş əri, futbolçu Jerar Pike ayrıldıqdan sonra münasibətləri zamanı əldə etdikləri bütün əmlakı bölüşmək qərarına gəliblər.

Lent.az xəbər verir ki, cütlüyün iki oğlunu böyütdükləri Barselonadakı eksklüziv malikanəni satmağa razılaşdıqları məlum olub.

Mediada dolaşan məlumatlara görə, həmin evdə səsyazma studiyası, idman zalı, həmçinin tennis kortu və kiçik futbol meydançası var. Daşınmaz əmlak üçün 12-14 milyon dollar dəyər qoyulub.

Qeyd edək ki, dünya ulduzu Şakira Jerar Pike ona xəyanət etdiyinə görə bu ilin iyun ayında 12 illik münasibətlərinə son qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir