Dünya

Şahzadə Harri və Meqan Markl kral III Çarlzı təbrik etməyiblər

Sharing is caring!

Şahzadə Harri və Meqan Markl Böyük Britaniya kralı III Çarlzı ad günü münasibətilə açıq şəkildə təbrik etməyiblər.

Noyabrın 14-də III Çarlzın 74 yaşı tamam olub. Mərhum kraliça II Elizabetin böyük oğlu taxtda ilk doğum gününü qeyd edib.

Bu münasibətilə kral ailəsinin sosial şəbəkələrdəki rəsmi hesablarında III Çarlzın yeni portreti dərc olunub. Eyni zamanda, onun Vindzor Parkının qoruyucusu vəzifəsinə təyinatı elan edilib.

Kral ailəsindən yalnız Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton III Çarlzı 74 illiyi münasibətilə təbrik ediblər. Digərləri isə belə təbriklərdən çəkiniblər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir