Şou-Biznes

Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, müğənni paylaşımında çox halsız olduğunu və ayaqlarında şişkinlik yarandığını bildirib. 

Səhhəti ilə bağlı Aybəniz xanımla əlaqə saxladıq. Onun sözlərinə görə, vəziyyəti çox yaxşıdır və heç bir xəstəliyi yoxdur:

"Çox yaxşıyam. Ayaqlarım çoxdandır şişdir, nə var ki burada? O deməkdir ki, xəstəyəm? (gülür). Heç bir problemim yoxdur. Siz məni nə qədər sevəcəksinizsə, o qədər sağlam olacağam. Sadəcə, həddən artıq çox işlədiyimə görə yoruluram. Heç bir xəstəliyim yoxdur. Narahat olmayın".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir