Şou-Biznes

Türkləri təhqir etməkdə günahlandırılan aktyorla bağlı YENİ QƏRAR

Sharing is caring!

Sosial şəbəkə hesabından türk millətinin haqqında alçaldıcı və təhqiramiz ifadələr işlətdiyi iddia olunan aktyor İlyas Salmandan yeni xəbər var.

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün məhkəməsi baş tutan 72 yaşlı aktyorun bəraət qazandığı məlum olub.

Məhkəmə prosesində söz verilən İlyas Salmanın vəkili deyib: "O, çox sevilən bir sənətçidir. Müvəkkilimin açıqlamaları düşüncə azadlığı çərçivəsində dəyərləndirilməlidir. İfadələri digər vətəndaşlara görə daha sərt qəbul oluna bilər. Bəraətini tələb edirik".

Bundan sonra məhkəmə "türk millətini aşağılama" maddəsininin ünsürlərinin olmadığını təsdiq edərək, İlyas Salman haqqında bəraət hökmü verib.

Qeyd edək ki, daha öncə alevi-türkmən ailəsində doğulan aktyorun ateist olduğunu bəyan etməsi müzakirələrə səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir