Şou-Biznes

Aleyna Tilkinin sürücü SEVDASI: İldə 3 dəfə…

Sharing is caring!

Erkən yaşlarında qazandığı şöhrəti və social şəbəkə paylaşımları ilə tanınan 22 yaşlı müğənni Aleyna Tilki haqqında Türkiyənin şou gündəmində yeni xəbərlər dolaşır.

Lent.az xəbər verir ki, onun maşında bərabər əyləşdiyi cavan bir oğlanla görüntüləri diqqət çəkib. 

Oğlanın Aleynanın bu il dəyişdirdiyi üçüncü sürücüsünün olduğu üzə çıxıb. Jurnalistlərin “Bu şəxs kimdir? Yeni sevgilinizdir?” – suallarına “O, uşaqlıq dostumdur. Sürücüm işdən çıxdığı üçün mənə kömək edir. Maşınımı o sürür”, –  cavabını verib.

Qeyd edək ki, Aleyna Tilki bundan öncə yeni sürücüsü ilə məkanların birindən çıxarkən görünüb və həmin şəxsin kimliyi barədə sualları cavabsız qoymuşdu.


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir