Şou-Biznes

Edis məşhur modelə evlilik təklifi edib

Sharing is caring!

Məşhur model və aparıcı Çağla Şikelin son vaxtlar türk pop musiqisinin ən üzdə olan simalarından biri Edislə sevgili olduğu üzə çıxıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu iddia ilə şou yazarı Bülent Cankurt çıxış edib.

O qeyd edib ki, 43 yaşlı model özündən 11 yaş balaca Edislə mütəmadi olaraq görüşür, hətta onların bir-birinin əlindən tutduğunun da şahidi olub:

“Edis və Çağla Şikelin bu səmimiyyəti dostluq deyil, sevgidir! Hətta öyrəndim ki, onların eşq hekayəsi yay aylarından başlayıb. Edis Çağlaya zaman-zaman evlilik təklifi də edib və bu məsələdə çox təkid edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir