Şou-Biznes

Dəfərlərlə estetik əməliyyat etdirən, tanınmaz hala düşən MƏŞHURLAR – SİYAHI

Sharing is caring!

Müasir estetik əməliyyat ilk dəfə 1814-cü ildə kəşf olunub. Estetik müasir dünya üçün artıq qeyri-adi hal deyil. Hələ məşhur simasansa və kompleksli hiss edirsənsə, estetikə əl atmalı olursan. Kimisi bədəninə müdaxilə etdiyi üçün peşmandır, kimisi isə özünü belə sevir. 

Lent.az bir neçə dəfə estetik əməliyyat keçirən xarici və yerli məşhur simaları sizə təqdim edir:

70 yaşlı müğənni Bülent Ersoy – O, gənc yaşlarında xarici ölkələrin birində cinsiyyət dəyişmə əməliyyatı keçirib. Sonra rinoplastika, dodaqböyütmə, “fransız asqısı” və üz gərdirmə əməliyyatı, gözaltı qırışlarını götürən və başqa estetik əməliyyatları keçirib. 

76 yaşlı pop müğənni Ajda Pekkan – O, 3 dəfə burun əməliyyatı keçirib. Altı dəfə dodaqlarından silikon çıxartdırdığı üçün ifaçının danışığında müəyyən problemlər var. Diz qapaqlarını və qarın hissəsini gərdirib. Dörd dəfə üz gərdirib və hər 6 aydan bir botoks proseduru etdirir.

56 yaşlı tanınmış müğənni Fatih Yürek də estetik əməliyyatların dozasını qaçıran məşhurlardan biridir. Onun üzü, burnu, dodaqları, qaşları estetiklə dəyişdirilib. O qədər estetik prosedurlar etdirib ki, üzü deformasiyaya məruz qalıb desək, yanılmarıq. 

64 yaşlı dünya şöhrətli müğənni Madonna dəfələrlə üzgərdirmə, qaşqaldırma, rinoplastika və botoks etdirib. O, ombasında da dəyişikliklər etdirərək, belini daha incə göstərməyə çalışır. İfaçının sözlərinə görə, o, özünü belə görmək istəyir və heç kimin tənqidlərinə qulaq asmır.

Dəbin ikonası hesab edilən 57 yaşlı Donatella Versace – O, estetik əməliyyatları keçirdiyini heç vaxt gizlətməyib. Stilist 2000-ci ilin əvvəllərində xarici görünüşünü dəyişməyə başlayıb. Düzdür, Donatella özü əksər müdaxilələrin nəticələrindən çox da razı deyil. Ancaq o da üzünə, dodaqlarına və digər bölgələrinə “əl gəzdirib”. 

Dünyaca məşhur müğənni mərhum Maykl Cekson da estetikləri ilə yadda qalan məşhur simalardandır. İfaçı dəfələrlə burun əməliyyatı, dodaqlarda, qaşlarda, üzgərdirmə kimi estetik prosedurları etdirib. 

1980-ci illərin tanınmış musiqiçilərindən olan Pete Burns digər estetik əməliyyat keçirən məşhurlar kimi üzündə inanılmaz dəyişikliklər etdirib.

57 yaşlı məşhur model, iş qadını və yazar Cenis Dikinson dodaqlarına, gözaltlarına, üzünə və çənəsinə etdirdiyi estetik müdaxilələri ilə yadda qalıb. 

Rusiyada keçirilən gözəllik yarışmasında ikinci yeri qazanan gənc model Yuliya Taraseviçin etdirdiyi əməliyyatlar onun başına bəla olub. O, təxminən üzündəki yağları çəkdirmək və göz qapaqlarını götürmək üçün 200 min rubl xərcləyib. Yuliyanın təəssüf ki, üzü şişib və iltihablandığı üçün iki qat pul xərcləyərək problemlərini düzəldib. Lakin vəziyyəti pisləşən Yuliya açıqlamasında “Gözlərimi bağlaya, gülə və dodağımı hərəkət etdirə bilmirəm. Sifətimin bir hissəsi işləmir”, – deyib.  

Azərbaycanın pop “diva”sı, 51 yaşlı Xalq artisti Aygün Kazımova sənəti üçün bıçaq altına yatan məşhurlardandır. O, saysız-hesabsız əməliyyatlar keçirib: qabırğalardan ikisini çıxartdırıb, təkcə burnunu üç dəfə əməliyyatla düzəltdirib, bir neçə dəfə sinəsinin və dodaqlarında dəyişikliklər olunub və liposaksiya etdirib. Ən çox da müdaxilələr dodaqlarına olunub. Axı, gözəllik qurban tələb edir…

55 yaşlı müğənni Samir Bağırov da estetik əməliyyat keçirdiyini mətbuatdan gizlətməyənlər arasındadır. O, özü də etiraf edib ki, ifaçı dodaqlarında, burnunda və bədəninin bir neçə yerində estetik-plastik əməliyyatlar keçirib.

Xalq artisti, 81 yaşlı sənətkar Flora Kərimova Azərbaycanda ilk estetik əməliyyat edən məşhurdur. O, dəfələrlə burun əməliyyatı keçirib. Bundan başqa, gözlərinə və qaşlarına da müdaxilələr etdirib.

Mərhum Xalq artisti, aktrisa Amaliya Pənahova üzündə bir neçə dəfə estetik əməliyyatlar keçirmişdi. Özünəməxsus gözəlliyi ilə yaddaşlarda qalan və heç vaxt estetiklərini gizlətməyən aktrisa müsahibələrinin birində deyib ki, estetik pis bir şey deyil. 

43 yaşlı müğənni Rəqsanə İsmayılova dəfələrlə estetik əməliyyatlar keçirən məşhurlardandır. O, dodağına, çənəsinə, qaşlarına və digər nahiyələrinə estetik müdaxilələr etdirib. 

Hər zaman esettik əməliyyatlarından danışmaqdan imtina edən 51 yaşlı Xalq Artisti Faiq Ağayev də üzünə müdaxilələr edən məşhurlardandır. O, estetik prosedurlarını qaşlarına, burnuna və gözlərinə tətbiq edib. Hətta mediada yayılan məlumatlara görə, müğənni sinə və qollarına silikon etdirib. 

43 yaşlı müğənni Rahidə Baxışova da estetik etdirən məşhurlardandır. O, üzünə, xüsusən də, çənə və burun hissəsinə müdaxilələr etdirib. 

 

Bundan əlavə, Azərbaycanda estetik əməliyyat etdirmək istəyib, lakin həkimin əlinin altında dünyasını dəyişən məşhurlarımız da olub. Onlar müğənnilər Reyhan MüslümovaNəzakət Məmmədovadır. 

Müğənni Reyhan Müslümova

Müğənni Nəzakət Məmmədova

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir