Şou-Biznes

Kəmalə Rəhimlidən həmkarının ittihamlarına CAVAB: “Satqındır” – VİDEO

Sharing is caring!

Əməkdar artist Kəmalə Rəhimli qalmaqal yaşadığı həmkarı Ruhəngiz Musəvi barəsində açıqlamalar verib. 

Lent.az xəbər verir ki, Ruhəngiz Musəvinin efirdə Kəmalə xanımın ona qarğış etdiyini iddia etməsi ilə bağlı ittihamlara Kəmalə xanım "Elgizlə izlə" verilişində aydınlıq gətirib.

Müğənni bildirib ki, Ruhəngiz xanımla arasında olan söhbəti hansısa aparıcıya deyib və söz-söhbət böyüyüb:

"10 il əvvəl Ruhəngiz dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, təhsilli müğənniyəm, belə şeylər edən adam deyiləm. Sənətə qalmaqalla gəlməmişəm. Üstündən bir müddət keçdi. Ruhəngizlə etdiyimiz söhbəti gedib aparıcıya deyib. Aparıcı da üstümə hücum çəkdi.

Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Dedi ki, mən deməmişəm. Mən də dedim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin. Dilini sakit qoysun, telekanallarda ağlamasın. Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır".

Qeyd edək ki, bir müddət əvvəl müğənni Ruhəngiz Musəvi Kəmalə Rəhimli ilə yaşadığı qalmaqalı efirdə danışıb ağlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir