Şou-Biznes

2022-ci ildə övlad sahibi olan məşhurlar

Sharing is caring!

2022-ci ildə dünyada və Azərbaycanda bir çox məşhurlar övlad sahibi olublar. 

Lent.az həmin məşhurları təqdim edir:

Hindistanlı aktrisa Pryanka Çopra ilk dəfə ana olub.

Məşhur Hollivud ulduzu Cennifer Lourens də ilk dəfə analıq sevinci yaşayıb.

“Transformerlər” filmindən  tamaşaçılara tanış olan 36 yaşlı Şaya Labaf ata olub. O, qızına İzabel adını verib.

34 yaşlı müğənni, superstar Rihanna da bu il ilk dəfə ana olun. Rihanna oğlunun adını və şəkillərini mediadan gizlədir.

Britaniyalı məşhur müğənni Ed Şiran ikinci dəfə övlad sevinci yaşayıb.

58 yaşlı Hollivud ulduzu Nikolas Keyc üçüncü dəfə ata olub. Nikolasın ilk iki evliliyindən 2 böyük övladı var idi. Xatırladaq ki, bu, aktyorun beşinci nikahından üçüncü övladıdır.

35 yaşlı aktrisa və model Eşli Qrin ilk dəfə ana olub.

Məşhur kinorejissor Kventin Tarantino ikinci dəfə ata olub.

Dünya şöhrətli model Adriana Lima da ilk dəfə ana sevincini yaşayıb.

Bizim müğənnilərdən Sevda Yəhyayeva bu yaxınlarda ilk dəfə ana olub.

Aktrisa Ülviyyə Xəlilbəyli ilə həyat yoldaşı aktyor Murad İsmayıl ikinci dəfə valideyn olublar.

Müğənni Vəfa Şərifova ikinci övladını dünyaya gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir