Şou-Biznes

Tanınmış reper yoxa çıxdı

Sharing is caring!

Amerikalı 35 yaşlı reper Teofil London itkin düşüb.

Lent.az  xarici mediaya istinadən bildirir ki, bu barədə reperin yaxınları məlumat verib.

Onlar polisə müraciət edərək Teofilin bir neçə aydır yoxa çıxdığını bildiriblər.

“Harada olursan ol. Təki bizə bir siqnal göndər. Nə olursa-olsun biz sənin üçün gələcəyik”, – reperin atası deyib.

Teofil London ümumilikdə 3 albom çıxarıb. “Timez Are Weird This Days” (2011), “Vibes” (2014) və “Bebey” (2020).  

Qeyd edək ki, reperin sosial şəbəkələrdəki son paylaşımı iyun ayında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir