Şou-Biznes

Çox sevilən cütlük ayrıldı – SƏBƏB

Sharing is caring!

Türkiyəli aktrisa Afra Saraçoğlu və həmkar sevgilisi Mert Yazcıoğlu ayrılıblar.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların ayrılmasına səbəb Saraçoğlunun serialdakı partnyoru Mert Ramazan Demirlə çox yaxın olmasıdır.

Belə ki, bir müddət əvvəl onların səmimi görüntüləri yayılmışdı. Hətta məkamların birində Mert Yazcıoğlunun yaxın dostu və həmkarı Kubilay Aka onlara müdaxilə edərək Ramazanla dalaşmışdı.

Bundan əlavə, cütlüyün rol aldıqları serialın yayım şirkəti yeni il ilə bağlı axşam yeməyi təşkil edib. Onların buradan da səmimi görüntüləri yayıldıqdan sonra Yazcıoğlu münasibəti bitirməyi qərar verib. Mert Uskumruköydə birlikdə yaşadıqları evi də tərk edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir