Siyasət

Deputat: “Məcburi köçkünlər tezliklə Laçın şəhərinə, Zabux və Susa geri qayıdacaqlar”

Sharing is caring!

“Azərbaycan öz öhdəliklərinə hər zaman əməl edir və Laçın şəhərinin ətrafından keçən yeni yolun inşasını vaxtında başa vurmaqla öz sözünün sahibi olduğunu bir daha göstərdi”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti bərpa edəcəyindən danışarkən deyib.

Laçın dəhlizinə alternativ yolun Azərbaycandakı hissəsində işlər yekunlaşıb. Bununla da Rusiya sülhməramlıları Laçın şəhərindən və ətraf kəndlərdən çıxaraq alternativ marşruta dislokasiya edilirlər.

Nurlan Həsənov qeyd edib ki, məcburi köçkünlərimiz tezliklə öz yurdlarına, Laçın şəhəri, Sus və Zabux kəndlərinə qayıdacaqlar.

“Yeni yolun vaxtında hazır vəziyyətə gətirilməsi Azərbaycan hakimiyyətinin 10 Noyabr Bəyanatının bütün şərtlərinin icrasına önəm verdiyini və tələbkar yanaşmasını göstərir. Yeni yolun inşası zamanı erməni əhalisi ilə təmasların sülh şəraitində qurulması, yaxın gələcəkdə erməni və Azərbaycan əhalisi arasında birgə yaşayışın mümkünlüyünə olan ümidləri artırır”,-deyə o əlavə edib.

O bildirib ki, Azərbaycanın xoşməramlı münasibəti Ermənistan tərəfindən qarşılıq tapmalıdır.

“Ermənilər ərazilərin minalanması və ya digər hərəkətlərlə düşmən münasibət göstərməkdənsə, Azərbaycanın humanist mövqeyinə qiymət verməlidirlər. Ümid edək ki, Ermənistan ərazilərin minalanması kimi pis niyyətli davranışlarından əl çəkəcək, erməni separatçılar Laçın şəhəri və ətraf kəndləri minalamış əraziyə çevirmədən oranı tərk edəcəklər”.

Milli Məclis üzvü daha sonra əlavə edib:

“Təəssüf ki, Ermənistan tərəfi bu torpaqların tarixi və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bilməsinə baxmayaraq, torpaqlarımızı 30 il işğal altında saxladı, infrastrukturu dağıtdı, yaşıllıqları məhv etdi.

İndiyədək Ermənistanın siyasi hakimiyyəti öz xalqına bu mövzuda çox yalanlar danışıb, ciddi beynəlxalq hüquq pozuntusu törədərək qanunsuz məskunlaşmalar həyata keçirib. Ermənistan hakimiyyəti öz cəmiyyətinə reallıqları çatdırmalıdır. Sülhə gedən yol reallıqlarla barışmaqdan keçir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir