Siyasət

“Azərbaycanla Qazaxıstan arasında əlaqələr daha da möhkəmlənəcək” – RƏY + FOTO

Sharing is caring!

“Qardaş Qazaxıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri, əlbəttə ki, böyük əhəmiyyətə malik bir hadisədir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O vurğulayıb ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin, ümumilikdə Azərbaycan və qazax xalqlarının tarixi və kökü çox dərindir. C.Osmanov bildirib ki, iki ölkə arasında qardaşlıq münasibətləri mövcuddur:

“Qazaxıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə çıxacağına dəlalət edir. Bu günə kimi Azərbaycanla Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcud idi. Bu səfərdən sonra yeni bir mərhələnin başlanğıcı, heç şübhəsiz, iki ölkə arasında həmin münasibətlərin yeni bir mərhələyə çıxarılmasına, eyni zamanda iki ölkənin inkişafına və tərəqqisinə xidmət edəcək və xalqlarımızı, ölkələrimizi daha da yaxınlaşdıracaq”.

Deputat vurğulayıb ki, Azərbaycan Qazaxıstanla birgə bir sıra beynəlxalq təşkilatlarda bir-birlərini hər zaman dəstəkləyən ölkələrdir:

“Hər iki dövlət Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət göstərir. Hər zaman bir-birlərinə böyük siyasi və mənəvi dəstək verən ölkələrdir. Bu baxımdan Qazaxıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində eyni zamanda Prezident İlham Əliyevi ali ordenlə təltif etməsi bir daha Azərbaycanla Qazaxıstan arasında olan münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir”.

“Bütün bunlar onu göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoymaqla bundan sonra iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək. Ölkə başçısının da qeyd etdiyi kimi, Qazaxıstanla əlaqələrin möhkəmləndirilməsi bundan sonra da Azərbaycanın xarici siyasətinin prioriteti qalacaqdır”, – C.Osmanov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir