Siyasət

“Tokayevin səfəri yeni əməkdaşlıq formalarını tapmağa kömək edib” – Deputat

Sharing is caring!

“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji əlaqələrin gücləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması iki ölkə arasında iqtisadi-ticari, nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək. İki ölkənin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstək verməsi də mühüm məsələlərdən biridir.

Mövzu barədə Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və Qazaxıstan arasında mehriban qonşuluq, eyni zamanda qardaşlıq münasibəti var:

“Xalqlarımız eyni kökdəndir, eyni mədəni irsə, eyni dəyərlərə malikdirlər. Həm ulu öndər Heydər Əliyevin və Qazaxıstanın əvvəlki prezidenti Nursultan Nazarbayevin, həm də indiki prezidentlərin dövründə bu münasibətlər daha da dərinləşir. Prezident Tokayevin Azərbaycana səfəri əlaqələrə daha geniş aspektdə baxmağa, yeni əməkdaşlıq formalarını tapmağa kömək edib. İki ölkə arasında 15 sənədin imzalanması onu göstərir ki, tərəflər geniş əməkdaşlıqda maraqlıdırlar”.

Deputat bildirib ki, ümumən götürdükdə ikitərəfli münasibətlərin bütün prizmaları nəzərdən keçirilib və bununla bağlı mühüm sənədlər imzalanıb:

“Bundan başqa, iki qardaş türk dövləti beynəlxalq arenada birgə fəaliyyət göstərmək barədə də ümumi razılığa gəlib. Qazaxıstanın Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək niyyəti də maraq doğurur”.

A.Mirzəzadə vurğulayıb ki, ilkin olaraq yaradıcılıq mərkəzinin inşası bu kimi addımların davam etdiriləcəyini göstərir:

“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirəcək. Azərbaycanla Qazaxıstan bundan sonra da daim birgə hərəkət edəcəklər”.

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir