Siyasət

Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

10:12

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Bakıya rəsmi səfər edəcək.  

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın paytaxtında hər iki dövlət başçısının dar çərçivədə və geniş tərkibdə görüşləri planlaşdırılır.   

Danışıqların gündəliyinə ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir.

Həmçinin, bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir