Siyasət

Blinken: “ABŞ Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasına dəstək göstərməyə hazırdır”

Sharing is caring!

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.

Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir