Siyasət

“Haber Global”: Qarabağa qayıdış başladı – VİDEO

Sharing is caring!

Türkiyənin nüfuzlu “Haber Global” telekanalı azərbaycanlıların Qarabağa qayıdışı ilə bağlı süjet hazırlayıb.

Süjetdə Zəngilanın Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsinin icra olunduğu və 30 illik aradan sonra yerli sakinlərin öz doğma yurdlarına qayıdışı prosesinə start verildiyi diqqətə çatdırılır.

Bildirilir ki, böyük qayıdış Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra mümkün olub. 

Qeyd edilir ki, ilkin mərhələdə 41 ailədən 201 nəfər Zəngilana geri dönür.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir