Siyasət

Raket hücumuna məruz qalan Azərbaycan Konsulluğu fəaliyyətini bərpa edir

Sharing is caring!

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu bu gün fəaliyyətini bərpa edəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı konsulluğun binasına zərər dəymişdi:

“Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri Konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir