Siyasət

Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün tədqiqatlar aparılacaq

Sharing is caring!

Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatlar aparılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatların aparılmasını təmin etməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir