Siyasət

Konsul: “Aktauda Azərbaycan Ticarət Evinin filialı açılacaq”

Sharing is caring!

Yaxın vaxtlarda Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Ticarət Evi”nin filialı açılacaq.

Bunu “Report”a Azərbaycanın Aktaudakı konsulu Elmar Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, Azərbaycan iş adamlarının Aktau şəhərinə böyük maraqları var:

“Hazırda müxtəlif sahələr üzrə 100-dən artıq Azərbaycan şirkəti burada çalışır. İki ölkə arasında ticarət dövriyyəsi müsbət qiymətləndirilə bilər. Bu yerli əhali tərəfindən çox maraqla qarşılandı”.

Konsul əlavə edib ki, Aktauda “Azəravtomaş” ASC-nin nümayəndəliyi də tikilməkdədir: “Onlar burada transformatorların yığılmasını həyata keçirəcək”.

E.Məmmədov qeyd edib ki, burada əsasən Azərbaycan iş adamları ticarət sahəsinə maraq göstərir:

“Ölkəmizin meyvə-tərəvəz məhsullarının yaxud Azərbaycan ərazisindən başqa ölkələrin kənd təsərrüfat məhsullarının gətirilməsi və satışı iş adamlarımıza daha cəlbedicidir”.

Xatırladaq ki, 2021-ci ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin açılışı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir