Siyasət

Deputat: “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı uğurla icra olunur”

Sharing is caring!

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə təhsilin inkişafını həmişə xüsusi diqqət mərkəzində saxlayıblar. 

Təkcə bir faktı demək kifayətdir ki, son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, təhsil diqqətdən kənarda qalmayıb. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, 2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb:

“2021-ci ildə isə ölkəmizdə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərlə bərabər, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sosial-humanitar sahələrə, eləcə də təhsilə olduqca mühüm töhfələr verib”.

Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrin coğrafiyasının, sayının və miqyasının ilbəil daha da genişləndiyini vurğulayan deputat təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunmasına da toxunub:

“Bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnməsində Heydər Əliyev Fondu tərəfindən görülən çoxsaylı tədbirlərin rolu əvəzsizdir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. 

Bildiyimiz kimi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. 

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ilk icra etdiyi layihələrdən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. Bu proqram çərçivəsində yüzlərlə məktəbəqədər və təhsil müəssisələri inşa edilib. Elə bu gün də belə layihələr uğurla davam edir. 

2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020-ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bunlar sözsüz ki, ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir