Siyasət

Prezident Putinlə danışdı

Sharing is caring!

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

XəbərAl.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin ümumiyyətlə sabit olduğunu, atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu qeyd ediblər.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı apardı. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edildi. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi əməl edildiyi məmnunluqla qeyd edildi”,- deyə açıqlamada vurğulanıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir