Siyasət

Prezident səfirləri geri çağırdı – SƏRƏNCAM

Sharing is caring!

Prezident İlham Əliyev M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

XəbərAl.az xəbər verir ki, Sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.

Prezident İlham Əliyev R.Ş.Rzayevin Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında da Sərəncam verib.

Sözügedən Sərəncamla Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir