Siyasət

Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb

Sharing is caring!




“Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan hakimiyyətini ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edən İrəvanın iddiasını təmin etməyəcək”.

Bu fikri NEWS.ru-ya müsahibəsində politoloq Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Ermənistanın belə iddialar üçün əsası yoxdur.

“İstənilən halda məhkəmənin hökmü Azərbaycana qarşı yönəlməyəcək. Bakı irəli sürülən ittihamlara kifayət qədər haqlı reaksiya verir, belə beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşdığını və onları inkar etmədiyini vurğulayır, sübutlar tapılmadığı üçün iddianın verilməsi faktını əsassız sayır”, – deyə Naumov bildirib.

Politoloqun fikrincə, İrəvan öz hərəkətləri ilə ancaq informasiya hay-küyü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana cəlb edir, ona iqtisadi və hərbi yardım şəklində siyasi üstünlüklərə nail olmağa imkan verir.

Qeyd edək ki, 2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb. Sənəddə Bakının guya ermənilərə qarşı nifrət siyasətini dəstəklədiyi, bunun nəticəsində onların ayrı-seçkiliyə, qırğınlara və işgəncələrə məruz qaldığı vurğulanır.

Azərbaycanın nümayəndəsi Elnur Məmmədov Bakı adından bəyan edib ki, BMT məhkəməsinin İrəvanın ermənilərə qarşı cinayətlərlə bağlı iddiasına baxmaq səlahiyyəti yoxdur. Onun fikrincə, ittihamlar həm də Ermənistan tərəfinin iddiada istinad etdiyi irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya aid deyil.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir