Siyasət

Mariya Fernanda: “COP29-un sonunda Azərbaycan və Ermənistan arasında olan sülh müqaviləsinə ümid edirəm”

Sharing is caring!

BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa COP29-un sonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini qeyd edəcəklərinə ümid etdiyini bildirib.

“Report” xəbər verir ki, M.F.Espinoza bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib.

O qeyd edib ki, geosiyasi məsələlərin iqlim dəyişmələrində rolu var:

“İqlim yalnız ətraf mühit məsələsi deyil. Ətraf mühit hər bir dövlətin milli sərhədlərini keçən məsələdir. COP29-da bu məsələlərə diqqətlə baxılacaq. Bərpa olunan enerji getdikcə ucuzlaşır. Aşağı karbona keçidi təmin edən maliyyə məsələlərinin təmin olunması məsələsinə baxılmalıdır. Ənənəvi enerjidən bərpa olunan enerjiyə keçid üçün birgə səy göstərilməlidir”.

O qeyd edib ki, ənənəvi enerjidən bərpa olunan enerjiyə keçidin arxasında duran maliyyə mənbəyi müəyyənləşdirilməlidir.

“2030-cu ilə aparan yol xəritəsi təşkil edilməlidir. Bu proqramda hər bir ölkə öz üzərində düşəni bilməlidir ki, biz karbon emissiyalarının azaldılmasına nail olmalıyıq”, – deyə BMT rəsmisi vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir