Siyasət

Rusiya XİN rəsmisi Ermənistanın KTMT-yə qarşı ritorikasını təhqiramiz adlandırdı – VİDEO

Sharing is caring!

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı ultimatum və təhqiramiz ritorikasından narahatdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İrəvanın səmərəsiz bəyanatları Ermənistan cəmiyyətinin şüuruna yeridilib.

“Bu gün Ermənistan rəhbərliyinin KTMT mövzusuna dair bəyanatlarında üstünlük təşkil edən və erməni cəmiyyətinin şüuruna sözün əsl mənasında yeridilmiş səmərəsiz, ultimativ və bəzən hətta təhqiredici tərzdə olan ritorikadan narahat olmaya bilmərik”, – deyə diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Moskva ölkələrin öz xarici siyasət kursunu, o cümlədən beynəlxalq və regional strukturlarda iştirak dərəcəsini müəyyən etmək hüququ ilə bağlı mübahisə etmir. O əlavə edib ki, bu, KTMT-yə də aiddir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir