Siyasət

Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilən Məsim Məmmədov kimdir? – DOSYE

Sharing is caring!

Bu gün Məsim Əhməd oğlu Məmmədov Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Oxu.Az xəbər verir ki, Məsim Məmmədov Bakının Novxanı qəsəbəsində dünyaya gəlib.

1990-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (Neft və Kimya institutu) bitirib.

Həmin dövrdə Məsim Məmmədov həmçinin keçmiş Neft və Kimya İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləyib.

1990-1992-ci illərdə Məsim Məmmədov keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ali Məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1992-ci ildə o, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb.

Daha sonra M.Məmmədov 1999-cu ildə NATO sülhməramlı qüvvələrinin çətiri altında Azərbaycan sülhməramlı heyətinin tərkibində Kosovoda xidmət göstərib. Sonrakı illərdə isə Məsim Məmmədov Azərbaycanın beynəlxalq təşkilatlardakı missiyasında çalışıb.

Son dövrlərdə isə o, iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib. Məsim Məmmədovun adı bu yaxınlarda Qarabağın ermənilər yaşayan ərazilərində təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi çəkilib. Rus, fransız və ingilis dillərini bilir.

M.Məmmədov həmçinin iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir