Siyasət

Zambiya prezidenti İlham Əliyevi təbrik etdi

Sharing is caring!


Zambiya Respublikasının Prezidenti Hakainde Hiçilema Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zambiya Respublikasının Hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan xalqının müdrik rəhbərliyinizə və ölkəni daha böyük tərəqqiyə doğru aparmaq üçün uzaqgörənliyinizə bəslədiyi inamın və etibarın əyani təsdiqidir. Yeni səlahiyyət müddətinizə başlayarkən mən Zambiya Hökumətinin ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etmək istəyini bir daha təsdiq edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir