Siyasət

Türkiyə MİT-in rəhbəri ABŞ-də Qafqazdakı vəziyyəti müzakirə edəcək

Sharing is caring!


Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-yə səfərə yollanıb.

O, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək. İ.Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.

O, Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə danışıqlar aparacaq.

Bildirilir ki, Rusiya və Ukrayna arasında davam edən müharibə, həmçinin Qafqazdakı vəziyyət də müzakirə mövzusu olacaq.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir