Siyasət

Zaxarova Zelenskinin Ermənistana mümkün səfərini şərh etdi – VİDEO

Sharing is caring!


“Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik idarələri tərəfindən təsdiqlənməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun Zelenskinin İrəvana səfəri ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib.

“İlk növbədə, iki dövlət buna münasibət bildirməlidir. Bizim Kiyevə qarşı mövqeyimizi Ermənistan müttəfiq kimi yaxşı bilir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, fevralın 23-də Ermənistan mediası Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir