Siyasət

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq

Sharing is caring!


“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda müəyyən fasilə baş verib. Amma sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsinə qərar verilib:

“Yaxın günlərdə sülh müqaviləsi üçün Ermənistanın nümayəndə heyəti ilə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir