İdman

“Araz-Naxçıvan”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib

Sharing is caring!


“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.

Cinah oyunçusu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/2019 mövsümünə təsadüf edən futbolçunun ilk komandası “Sumqayıt” olub.

Qeyd edək ki, Turan Manafov “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 oyun (3 qol) keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir