Siyasət

Belarusdan Paşinyanın KTMT bəyanatına cavab: “İrəvandan heç bir bildiriş alınmayıb”

Sharing is caring!


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir. Odur ki, Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir”.

Bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.

“KTMT çərçivəsində əməkdaşlığa gəlincə, mən hesab edirəm ki, nəticə çıxarmaq hələ tezdir. Silahlı qüvvələr arasında bu gün mövcud olan əlaqələr var – biz planlarımız üzərində işləyirik”, – o, STV telekanalının efirində deyib.

Qeyd edək ki, cümə günü Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Minsk Ermənistanın KTMT-də iştirakı məsələsi ilə bağlı İrəvandan heç bir bildiriş almayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dayandırdığını bildirib. Eyni zamanda təşkilatın katibliyi Ermənistandan belə bir bəyanat almadığını bildirib.

Qeyd edək ki, son vaxtlar İrəvan təşkilatın bəzi görüşlərini buraxıb. O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir