Siyasət

Matteo Vittuari: “Azərbaycanda bağçılıqla bağlı sərgilərin təşkili COP29-a hazırlıq baxımından vacibdir”

Sharing is caring!


“Azərbaycanda bağçılıq təsərrüfatına həsr olunmuş sərgilərin təşkili BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universitetinin Kənd təsərrüfatı və qida elmi fakültəsinin dekanı Matteo Vittuari Bakıda keçirilən İtaliya-Azərbaycan bağçılıq sərgisində deyib.

“Bu tədbir bağçılığın davamlı inkişaf proqramlarına yönəldiyi üçün vacibdir. Bu cür tədbirlər kənd təsərrüfatının innovasiyaya istiqamətlənməsi kontekstində mühüm əhəmiyyət kəsb edən bu sahədə mühüm biliklərə yiyələnməyə, innovasiyalar və yeni texnologiyalarla tanış olmağa kömək edir. Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, kənd təsərrüfatı sahəsinin ekoloji və sosial davamlılığa verdiyi potensial töhfəsinə diqqəti cəlb etmək istərdim”, – o bildirib.

Dekan Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, İtaliya-Azərbaycan Universitetinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir