Dünya

Çempionlar Liqası: “Makkabi”dən darmadağın, “Ferentsvaroş” Farer adaları klubu ilə bacarmayıb

Sharing is caring!


UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə 10 görüş keçirilib.

Azərbaycan çempionu “Qarabağ” Cübüllütariqdə “Linkoln”u 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa “Rakuv”u və Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin ən böyükhesablı nəticəsi Maltada qeydə alınıb İsrailin “Makkabi” (Hayfa) komandası yerli “Hamrun”un qapısından 4 cavabsız top keçirib.

Macarıstan çempionu “Ferentsvaroş” isə Farer adalarında “Klaksvik”in müqavimətini qıra bilməyib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

19:00. “Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) – 0:1
Qol:
 Matey Seniç, 89

19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qollar:
 Kike Qomes, 25 – Redon Cica, 58. Yassin Benzia, 90+4

20:00. “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) – 0:0

22:00. “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) – 2:1
Qollar:
 Mustafa Nukiç, 42. Ruy Pedru, 74 – Meissa Diop, 87

22:00. “Rakuv” (Polşa) – “Flora” (Estoniya) – 1:0
Qol: 
Vladislav Koçergin, 54

22:00. “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) – 0:4
Qollar: 
Fratsdi Pyero, 41; 64. Din David, 45+3. Anan Xalaili, 85

22:45. “Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) – 2:0
Qollar:
 Meriton Korenitsa, 45+1. Kendrim Ziba, 55

22:45. “Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) – 0:1
Qol:
 Damir Muminoviç, 39

22:45. “Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) – 0:0

22:45. “Partizani” (Albaniya) – BATE (Belarus) – 1:1
Qollar:
 Tedi Tsara, 66 – Dmitri Antilevski, 58

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir