Siyasət

Sergey Markov: “İrəvan Bakıya qarşı ittihamları Aİ və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparır”

Sharing is caring!


“Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa İttifaqı və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparılır. Məqsəd Qərbin ermənilərin himayədarı olduğunu göstərməkdir. Bu, həm də Paşinyana köməkdir ki, Ermənistanı Rusiyadan qopararaq onu Qərbə müttəfiq kimi gətirmək asan olsun”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq Qərbdəki himayədarların Ermənistana dəstəyini isə belə şərh edib:

“Digər mühüm vəzifə münaqişə məkanı yaratmaq və bu bəhanədən istifadə edib Cənubi Qafqaz ərazisinə “neytral” vasitəçi kimi daxil olmaqdır. Fransa və Avropa İttifaqı Cənubi Qafqazda mövcud olmaq ambisiyalarından və istəklərindən əl çəkmir”.

Sergey Markov əmindir ki, hazırda Paris və Brüsselin neytral siyasi potensialı yoxdur.

“Onlar dialoq və etibarlı münasibətlərdən daha çox post-imperiya hökmranlığına can atırlar. Məhz buna görə də süni münaqişə məkanı yaradılır, Ermənistan təxribat və atəşlə məşğul olur, Fransa və Avropa İttifaqının gəlişinə şərait yaradır. Ardınca Qərb guya münaqişənin həllinin “ağır yükünü” öz üzərilərinə götürmək iddiası ilə çıxış etməyi düşünür.

İrəvanda isə anlayırlar ki, erməni tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanı yerinə yetirməyib, Azərbaycan ordusu isə Ermənistan ordusundan dəfələrlə güclüdür”, – deyə Sergey Markov fikrini tamamlayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir