Siyasət

“Haber Global”: “İlham Əliyevin müdrikliyi onilliklər öncəki xəyalların gerçəkləşməsini təmin edib”

Sharing is caring!


Türkiyənin “Haber Global” telekanalında İlham Əliyevin Azərbaycan Prezidenti seçkisindəki qələbəsi və bu qələbəni təmin edən səbəblər ətrafında fikir mübadiləsi aparılıb.

Proqramın qonağı olan ekspertlər dövlət başçısının uzaqgörən siyasətini xüsusi olaraq vurğulayıblar.

Bildirilib ki, məhz İlham Əliyevin zamanında irəliyə doğru baxışı onilliklər öncə yalnız xəyal edilə bilən hadisələri bu gün reallığa çevirməyə imkan verib.

Bu baxımdan məhz Türk Dövlətlərinin Qərb-Şərq ticarətində aparıcı rolu öz üzərilərinə götürməsi və dünya ticarətinin şahdamarı halına gəlməsi diqqətə çatdırılıb.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir