Siyasət

Zaxarova: “İqor Xovayev Bakı ilə İrəvan arasında sülh sazişi mövzusunu müzakirə edəcək”

Sharing is caring!


“Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edi ki, Xovayevin azərbaycanlı tərəfdaşlarla görüşlər keçirməsi, bu görüşlərdə sülh sazişi mövzusu da daxil olmaqla, müxtəlif məsələlərin müzakirəsi planlaşdırılır.

Zaxarova bildirib ki, İ.Xovayevin səfərinin nizamlanma üçün faydalı olacağına ümid edir:

“Güman edirik ki, o, regiona səfərini davam etdirəcək, yaxın vaxtlarda İrəvana səfər edə biləcək və dostluq şəraitində, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edəcək ki, bu təmaslar nizamlanmaya fayda versin”, – Rusiya XİN-in nümayəndəsi vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir