Siyasət

Azərbaycan Konstitusiyası Ermənistanı nə ilə qorxudub? – VİDEO

Sharing is caring!


Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Azərbaycanın Konstitusiyasında dəyişilməli olan müddəalar var.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində deyilir.

Bildirilir ki, erməniləri qorxuya salan müasir dövlətimizin Azərbaycan Demokratik Respublikasının (ADR) varisi olmasıdır.

Qeyd olunur ki, İrəvan hazırda nəzarətində olduğu ərazilərin böyük hissəsinin vaxtilə ADR-nin tərkibinə daxil olduğunu yaxşı xatırlayır. Belə ki, Cənubi Qafqaz ölkələri sovetləşdirildikdən sonra Azərbaycana məxsus 20 min kvadrat kilometrlik ərazi Kreml tərəfindən Ermənistana təhvil verilib. İrəvanın hazırki qorxuları isə Zəngəzur, Göyçə, Dərələyəz kimi bir çox bölgələrin vaxtilə Azərbayacana məxsus olmasının faktiki etirafı anlamına gəlir.

Daha ətraflı “Caliber”in yeni videomaterialında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir