Siyasət

Politoloq: “Ermənistan eksklavların Azərbaycana qaytarılması məsələsini ciddi götür-qoy edir”

Sharing is caring!


“Ermənistan eksklavların Azərbaycana qaytarılması məsələsini ciddi götür-qoy edir”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ərazi anlayışlarının Ermənistan SSR-in ərazisi ilə üst-üstə düşdüyünü deməklə öz cəmiyyətini eksklavların Azərbaycana qaytarılmasına hazırlaşdırır:

“Biz bunu keçmişdə də görmüşük. Ola bilsin ki, Paşinyanın bu çıxışı müəyyən addımlar üçün qabaqlayıcı tədbir rolunu oynayır və insanları müəyyən məsələlərə sövq etməyə yönəlib. Ancaq düşünmürəm ki, bu çıxış Ermənistan cəmiyyətində birmənalı qarşılansın. Lakin hadisələr də onu göstərir ki, Ermənistan bu və digər şəkildə sülh gündəliyi qəbul etməyə və Azərbaycanın müəyyən elədiyi dəst-xətlə hərəkət eləməyə məcburdur. Çünki başqa yol yoxdur”.

Ekspert vurğulayıb ki, delimitasiya və demarkasiya prosesi fonunda bu cür çıxışlar təsadüfi ola bilməz:

“Fikrimcə, konkret olaraq eksklavların Azərbaycana qaytarılması ilə bağlı məsələlər qaldırılıb və müzakirə olunur və düşünürəm ki, bu çıxış məhz ona hesablanıb. Çünki biz bilirik ki, Ermənistan SSR dövründə eksklavlar tam Azərbaycana məxsus idi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir